Bakı. Süleyman Fərzəliyev-APA. Şəhla Cahid 3063 gün həbsdə qaldıqdan sonra bu gün Tehranda Evin həbsxanasının həyətində edam edilib.
APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Şəhla Cahid İranın məşhur futbolçusu Nasir Məhəmmədxaninin həyat yoldaşı Lalə Səhərxizanı qısqanclıq zəminində qətlə yetirməkdə ittiham edilir. 8 il ərzində Şəhla Cahidin cinayət işinə dəfələrlə İranın ayrı-ayrı məhkəmələri tərəfindən baxılıb və edam hökmü qüvvədə saxlanıb. Şəhla Cahid Nasir Məhəmmədxanin Almaniyada səfərdə olan zaman onların evində gizləndiyini və gecə yarısı onun həyat yoldaşını bıçaqla qətlə yetirdiyini etiraf edib.