Futbolçunu doğrayaraq 5 torbaya yığdılar
30 Noyabr 2010 Çərşənbə Axşamı 14:45
Qvatemalada dəhşətli qətl törədilib
Qvatemalada dəhşətli cinayət baş verib. Bu ölkənin peşəkar futbolçularından olan Karlos Mersedes Vaskes qətlə yetirilib. Onun cəsədi doğranmış şəkildə ayrı-ayrılıqda beş plastik torbada aşkar edilib.

Yerli polis nümayəndəsi Donald Qonsalesin sözlərinə görə, 27 yaşlı futbolçunun cəsədinin yanında “başqa qadınlarda əlaqədə olduğu üçün öldürülüb”, yazısı olan kağız aşkar edilib. Hazırda cinayətin hansı zəmində törədildiyi araşdırılır.

Xatırladaq ki, mərhum futbolçu Qvatemala futbol çempionatının I divizionunda çıxış edən “Malacateco” klubunun formasını geyinirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar