Futbolçuları atəşə tutanlar məlum oldu
09 Yanvar 2010 Şənbə 16:10
Futbolçuları atəşə tutanlar məlum oldu. Məsuliyyəti separatçı "FLEC" qruplaşması üzərinə götürüb.
Anqolada futbol üzrə Toqo yığma komandasının üzvlərini aparan avtobusun atəşə tutulmasında məsuliyyəti "FLEC" separatçı qruplaşması öz üzərinə götürüb. Qruplaşma üzvləri sabah start götürəcək Afrika Millətlər Kubokunun baş tutacağı vilayətlərin bir qismində də, terror aktları təşkil edəcəklərinə söz veriblər.
Xatırladaq ki, turnirdə iştirak etmək üçün Anqolaya yola düşən Toqo yığmasının üzvlərini aparan avtobus təxminən 30 dəqiqə ərzində avtomat silahlarından atəşə tutulmuşdu. Hücum zamanı Anqola vətəndaşı olan sürücü yerindəcə keçinmişdi. Bundan başqa daha 9 nəfər yaralanıb.
Xəsarət alanların arasında Toqo yığmasının müdafiəçisi Serj Akakpo və ehtiyyat qapıçı Obilale Kossi də var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: