Futbol xuliqanlarını "qara günlər" gözləyir
29 Dekabr 2010 Çərşənbə 23:35
Türkiyə parlamenti futbolla bağlı yeni qanun layihəsini müzakirəyə çıxarıb
Türkiyə parlamenti futbolla bağlı yeni qanun layihəsini müzakirəyə çıxarıb. Yenilik futbol xuliqanları ilə mübarizəyə xidmət edəcək. Belə ki, stadionlarda özbaşınalıq edənləri 6 aydan 3 ilədək həbs olunmaq təhlükəsi gözləyir.

Ən ağır cəza plastik oturacaqları sındıranlara veriləcək. Arenalarda təhqiramiz ifadələr səsləndirmək, biletsiz stadiona daxil olmaq cəhdləri və bilet alveri də sərt cəzayla nəticələnəcək.

Bunlar azmış kimi qanunu pozanlar komandalarının səfər oyunlarını, yığmanın xaricdəki görüşlərinə buraxılmayacaq. Cəzalanmışların pasportları qarşılaşmalardan 5 gün əvvəl əllərindən alınacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar