Futbol matçında qan su yerinə axdı
26 İyun 2012 Çərşənbə Axşamı 11:10
İraqda futbol oyunu zamanı partıayış törədilib.
İraqda keçirilən futbol matçı qana bulanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, El Hilla şəhərində yeniyetmələr arasında keçirilən matç zamanı partlayış törədilib. İlkin məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, 32 nəfər yaralanıb. Ölənlərin əksəriyyətinin 15-20 yaşlı gənclər olduğu bildirilir.
Matç keçirilən stadionun yaxınlığında olan minalanmış mikroavtobus partladılıb. Partlayış hakimin final fitini çalmasından dərhal sonqa olub. Hələlik hadisəyə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
DOSTLARINLA PAYLAŞ: