Futbol komandasını ildırım vurdu
14 Fevral 2012 Çərşənbə Axşamı 17:39
Demokratik Konqo Respublikasında bütöv komanda məhv olub.
Demokratik Konqo Respublikasında ildırım faciəvi hadisəyə səbəb olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin şərqində yerləşən Kasai bölgəsində ildırım iki komanda arasında oynanan matç zamanı komandalardan birinin 20-35 yaş arası 11 futbolçusunun ölümünə səbəb olub.
Xatırladaq ki, bu ölkədə əvvəllər futbol matçı zamanı meydanı ildırım vurmuşdu. Həmin hadisə zamanı da futbolçular həlak olmuşdular.
DOSTLARINLA PAYLAŞ: