Fukusimada güclü zəlzələ oldu
20 Sentyabr 2013 Cümə 10:29
Yeraltı təkanların gücü Rixter cədvəli ilə 5,8 bal təşkil edib.
Yaponiyanın Fukusima prefekturası ərazisində Rixter cədvəli ilə 5,8 bal gücündə zəlzələ baş verib. "Ria Novosti" agentliyinin Yaponiya mənbələrinə istinadən verdiyi xəbərə görə, zəlzələ barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat yayıb. Yeraltı təkanlar yerin 20 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Fukusima prefekturasının Sakit okean sahilində olub.
Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, ölkənin 17 prefekturasında hiss olunub.
Sunami təhlükəsi yoxdur. Dağıntı və insan itkisinin də olmadığı bildirilir. 2011-ci ilin martında zəlzələ və sunami nəticəsində qəzalı vəziyyətə düşən "Fukusima-1" atom-elektrik stansityasının zəlzələdən zərər çəkmədiyi açıqlanıb.
DOSTLARINLA PAYLAŞ: