Fukusima sahillərində balıq ovuna izn verildi
25 Sentyabr 2013 Çərşənbə 11:15
"Fukusima-1" AES yaxınlığında sınaq keçirilir.
Yaponiya rəsmiləri qəzalı vəziyyətdə olan və radiasiya sızmasının qeydə alındığı "Fukusima-1" atom-elektrik stansiyası ilə bağlı sınaq həyata keçirməyə qərar veriblər. Stansiyanın yerləşdiyi Fukusima prefekturasının sahillərində balıqçıların balıq tutmasına icazə verilib. Sınaq məqsədilə 21 balıqçı qayığı Sakit okean sahillərində balıq ovuna çıxıb. Balıqçıların müvafiq ərazidə yalnız 16 növ balıq tutmasına icazə verilib.

Bu sınaq nəticəsində ovlanmış balıqlarda radioaktivlik səviyyəsi yoxlanılacaq və bundan sonra həmin məhsulun bazara çıxarılmasının təhlükəsiz olub-olmadığına qərar veriləcək.

Fukusima prefekturasında balıqçılıq avqust ayında atom-elektrik stansiyasında radioaktiv maddələrlə çirklənmiş suyun Sakit okeana axdığı təsbit edildikdən sonra dayandırılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar