Fukusima-1 AES-in yaxınlığında yenidən güclü zəlzələ baş verib
23 İyul 2012 Bazar Ertəsi 09:43
Zəlzələnin gücü 4,4 balla ölçülüb.
İyulun 22-də Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib. Yaponiyanın Milli Metrologiya İdarəsindən bildiriblər ki, zəlzələnin episentri Fukusima prefekturasının şərqində, ocağı 20 kilometr dərinlikdə yerləşmişdir. Dağıntılar və zərər çəkənlər barədə məlumat verilməmiş, sunami təhlükəsi elan olunmayıb.
AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkəti zəlzələnin stansiyada heç bir problem yaratmadığını bildirib.
Xatırladaq ki, 2011-ci ilin martında AES-də baş vermiş qəza nəticəsində üç reaktorda yanacaq milləri tamamilə ərimişdir. Baş vermiş bir neçə partlayış radiasiyanın yayılması ilə müşahidə olunmuş, geniş ərazi radioaktiv yoluxmaya məruz qalmışdır. Stansiyasının ətrafından 80 min insan təxliyə olunmuşdu.
Hazırda stansiyanın problemli enerji blokları soyudulmuş şəraitdə saxlanılır. Mütəxəssislər bu bloklardan nüvə yanacağının çıxarılması məqsədilə hazırlıq işləri aparırlar. Bu AES-də baş vermiş qəza ölkədə bütün atom stansiyalarının fəaliyyətinin dayandırılması ilə nəticələnib. Yalnız avqustun 5-də gərgin danışıqlardan sonra ilk reaktorun fəaliyyəti bərpa edilmişdi.
DOSTLARINLA PAYLAŞ: