FTX giziri səs-küy salan məktəblini güllələdi
15 İyun 2010 Çərşənbə Axşamı 22:35
FTX giziri səs-küy salan məktəblini güllələdi. Hadisə Moskva vilayətində baş verib.
Rusiyada Federal Təhlükəsizlik Xidmətinə aid hərbi hissənin yaxınlığında gənclərin səs-küy salması onlardan birinin başından yaranlanması ilə nəticələnib. Gecə saat bir radələrində hərbi hissə ilə üzbəüz yerləşən avtobus dayancağında əyləşən gənclər qarşıdakı hərbi hissədən çıxan bir nəfərin onlara yaxınlaşdığını görüblər. Gənclərə yaxınlaşan şəxs kimin daha çox nəşəli olduğunu soruşub və ayağa qalxan 17 yaşlı Yurtiy K.-nın başına atəş açıb.
Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olub. 38 yaşlı baş gizirin barəsində isə Moskva vilayəti Ruzsk rayonu milisində araşdırma başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: