FTB-nin hazırladığı bin Laden şəkli qalmaqal yaradıb
18 Yanvar 2010 Bazar Ertəsi 06:10
Bir nömrəli terrorçu yeni şəkildə İspaniya parlamentinin kommunist deputatı Qaspar Lyamasaresaya oxşayır.
Birləşmiş Ştatların dövlət departamenti Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəsisləri tərəfindən hazırlanmış Əl-Qaidə lideri Üsəma bin Ladenin şəklini internetdən çıxartmaq barədə qərar qəbul edib. Buna səbəb isə dünyanın bir nömrəli terrorçunun yeni şəkildə İspaniya parlamentinin kommunist deputatı Qaspar Lyamasaresaya oxşamasıdır. Qeyd edək ki, şəkildə bin Laden saçları ağaran və qısa saqqalı olan bir kişi kimi təsvir edilib. O da məlum olub ki, bin Ladenin fotorobotunun hazırlanmasında ispan deputatın hazırki şəklindən istifadə edilib. Londonda çıxan Tayms qəzetinin verdiyi məlumata görə xüsusi xidmət orqanlarının mütəxəssisləri Birləşmiş Ştatların İraqa müdaxiləsini kəskin tənqid etməklə məşhur olan Qasparın şəklini götürərək onda kiçik dəyişikliklər edib. Onu da bildirək ki, hazırda bin Ladenin tutulması üçün təqdim oluna biləcək istənilən məlumata 25 milyon Birləşmiş Ştatlar dolları mükafat təyin edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar