Fransua Olland müsəlman məscidinə baş çəkib
19 Fevral 2014 Çərşənbə 01:11
Fransa prezidenti I və II Dünya müharibələrində həlak olmuş müsəlman döyüşçülərin xatirəsini əbədiləşdirən lövhənin açılışını edib.
Fransa prezidenti Fransua Olland I və II Dünya müharibələrində Fransa uğrunda döyüşlərdə həlak olmuş müsəlman döyüşçülərin xatirəsini əbədiləşdirən lövhənin açılışı münasibətilə Parisdəki müsəlman məscidinə baş çəkib.

Məscidin divarına vurulan mərmər lövhədə hər iki dünya müharibəsində qəhrəmanlıqla həlak olanların adları qeyd edilib.

Mərasimdə çıxış edən dövlət başçısı müharibələrdə Fransanın azadlığı uğrunda yüz minlərlə müsəlman döyüşçünün həlak olduğunu xatırlatmış, həmin döyüşçülərin uşaqlarının onların xatirəsini əbədi yaşadacaqlarına və onlarla fəxr edəcəklərinə əminliyini bildirib.

Prezident fransız xalqının dinindən asılı olmayaraq, Fransanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olanları heç vaxt unutmayacağını diqqətə çatdırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar