Fransızlar qəti antiböhran tədbirlərin görülməsini tələb edir
13 İyun 2009 Şənbə 20:05
Fransanın iri şəhərlərini nümayişlər bürüyüb

Fransanın iri şəhərləri olan Lion, Tuluza və Bordoda kütləvi nümayişlər keçirilir. ANS PRESS-in “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, nümayişçilər arasında nəqliyyat sahəsinin işçiləri, müəllimlər və həkimlər var.

Məlumatda bildirilir ki, etirazçılar hökumətdən iqtisadi böhranla mübarizədə daha qəti tədbirlərin görülməsini tələb edirlər. Həmkarlar İttifaqları nümayəndələrinin sözlərinə görə, ölkə əhalisinin əksəriyyəti hakimiyyətdən lazımi dəstək almır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar