Fransızlar da səs verir
17 İyun 2012 Bazar 14:14
Ölkədə bu gün parlament seçkisinin ikinci turu keçirilir.
Fransada parlament seçkilərinin ikinci və yekunlaşdırıcı turu keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılıb. Seçkinin bu turu Fransanın yeni seçilmiş prezidenti Fransua Ollandın vəd verdiyi islahatları həyata keçirməsi üçün parlamentin dəstəyini qazanıb-qazanmayacağını müəyyənləşdirəcək. Müttəfiqlərin dəstəyi olmadan parlamenti idarə etmək üçün sosialistlərə 289 yeri qazanmaq lazımdır, sosioloqların proqnozlarına görə isə bu, real görünür.
Seçkinin birinci turunun nəticələrinə görə, Sosialistlər partiyası, "Avropa Ekologiya - Yaşıllar" partiyası və "Sol Cəbhə" birlikdə səslərin 46 faizini toplamışdı. Keçmiş hakim partiya olan "Xalq hərəkatı birliyi" və onun müttəfiqlərinə əhalinin təxminən 34 faizi səs vermişdi. Ultra-sağçı "Milli cəbhə" partiyası isə seçicilərin 14 faizinin səsini qazanmışdı.
Qeyd edək ki, birbaşa ümumi seçkilər yolu ilə Fransa vətəndaşları parlamentin 577 deputatını seçirlər.
DOSTLARINLA PAYLAŞ: