Konsulun din xadiminin təlqini ilə Kəliməi Şəhadıti tələffüz etməsi “Allahu Əkbər!” nidaları ilə qarşılanıb
Fransa hakimiyyətinə Küveytdən gözlənilməz bir xəbər gəlib. Fransanın Küveytdəki konsulu İslamı qəbul edib. Eyni zamanda Fransanın Küveytdəki səfiri səlahiyyətlərini də icra edən diplomatın İslamı qəbulu Əl-Sultan məscidində çoxlu sayda insanın iştirakı ilə baş verib. Məsciddə ibadət başa çatdıqdan sonra konsul məscidin imamına yaxınlaşaraq İslamı qəbul etmək istədiyini söyləyib. Konsulun din xadiminin təlqini ilə Kəliməi Şəhadıti tələffüz etməsi “Allahu Əkbər!” (Təkbir) nidaları ilə qarşılanıb.
Fransa xarici işlər nazirliyi məsələni şərh etməkdən boyun qaçırıb. Fransa rəsmiləri məsələnin araşdırıldığını bildirib. Hazırda Fransada İslama münasibətin birmənalı olmadığını nəzərə alsaq, İslamı qəbul edən diplomatı vətənində şübhəsiz ki, “çətin” anlar gözləyir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanındak ali məktəblərdən birində ingilis dili dərsi verən kanadalı professor Devid Roy Olek də ötən həftə İslam dinini qəbul edərək müsəlman olmuşdu.