Fransanın birinci xanımı haqqında şok xəyanət iddiası
11 Oktyabr 2012 Cümə Axşamı 00:59
Fransua Ollandın vətəndaş nikahında olduğu həyat yoldaşı ona erməni əsilli nazirlə xəyanət edib.
Ötən axşam Fransanın birinci xanımı, prezident Fransua Ollandın vətəndaş nikahında olduğu Valeri Trierveylerlə bağlı şok məlumatlar yayılıb. ANS PRESS-in Böyük Britaniyanın “Sun” qəzetinə istinadən verdiyi məlumata görə, Valeri Trierveyler Fransua Ollandı eks-prezident Nikola Sarkozinin erməni əsilli dostu, mühafizəkar nazir Patrik Devecanyanla aldadıb.

“La Frondeuse” qəzeti birinci xanımın xəyanət romanının təfərrüatlarını açıqlayıb. Məlumata görə, o vaxt Valeri Trierveyler ərdə olub, onun o vaxtkı sevgilisi Fransua Olland isə sosialistlərin lideri, onun dörd övladının anası Seqolen Ruayalla evli imiş. Qadın həm Fransua Ollandla yanaşı, həm də Patrik Cevecanyanla eşq yaşayırmış. Beləliklə, iki rəqib siyasətçinin eyni ərli qadınla sevgi münasibətləri olub.

“Sevgi üçbuçağı”nın tarixi Kristof Jakubisin və Aliks Buyaqenin bu gün satışa çıxacaq kitabında öx əksini tarıb.

Qeyd edək ki, 47 yaşlı jurnalist Valeri Trierveyler iki dəfə ərdə olub. O, Fransa prezidenti ilə rəsmi nikahda deyil və Yelisey sarayına birinci xanım kimi daxil olan ilk dul qadındır.

Valeri Trierveyler və Fransua Olland 23 il əvvəl tanış olublar. O vaxt indiki birinci xanım reportyor işləyirmiş, indiki prezident isə böyük ailənin başçısı idi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar