Fransanın baş naziri istefa verməyə məcbur oldu
31 Mart 2014 Bazar Ertəsi 22:34
Daxili işlər naziri Manuel Valsın baş nazir vəzifəsinə təyin ediləcəyi gözlənilir.
Fransa prezidenti Fransua Olland baş nazir Jan Mark Eronu istefaya göndərib.

ANS PRESS-in məlumatına görə, prezident ölkədə keçirilən bələdiyyə seçkilərində Sosialist partiyasının məğlubliyyətindən sonra belə bir addım atıb.

Bu gün Fransua Olland sözügedən məsələ ilə bağlı xalqa müraciət edəcək. Prezidentin daxili işlər naziri Manuel Valsı baş nazir vəzifəsinə təyin edəcəyi gözlənilir.

Xatırladaq ki, martın 30-da Fransada bələdiyyə seçkilərinin ikinci turu keçirilib. Bu səsvermədə vətəndaşlar 36 min mer və bələdiyyə başçısı seçiblər. Seçkilər prezident Fransua Olland və mövcud hökumətə "etimad səsverməsi" kimi dəyərləndirilirdi. İlk turda hakim Sosialist partiyası gözləniləndən xeyli az səs toplamışdı.

http://s52.radikal.ru/i137/1403/6d/fbed8a70fd19.jpg


DOSTLARINLA PAYLAŞ:

oyunlar