Fransanı kütləvi ixtişaşlar bürüyüb
09 Dekabr 2009 Çərşənbə 13:00
Fransanı kütləvi ixtişaşlar bürüyüb. Minlərlə dəmiryol işçisi məvacibələrinin artırılmasını tələb edir.
Fransanın paytaxtı Parisdə minlərlə dəmiryol işçisi iş şəraitinin yaxşılaşdırılması və məvaciblərin artırılması üçün yürüş keçirib. Nümayişçilər kütləvi iş ixtisarlarının dayandırılmasını və məvaciblərin artırılmasını tələb ediblər.
Belə ki, etiraz aksiyasına təqaüdçülər də qoşulub. Onlar isə təqaüdlərinin aşağı olmasından şikayətlənib. Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi halda növbəti ilin əvvəlində daha böyük aksiyalar keçirəcəklərini bildiriblər. Minlərlə insanın nümayişə çıxmasına baxmayraq, avtomobil yollarının hərəkətində fasilə yaranmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: