Fransalı deputatlar Serj Sarkisyanla görüşdülər
12 İyun 2010 Şənbə 00:25
Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən fransızlar “mat” qaldıqlarını bildiriblər.
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən fransalı deutatlar İrəvandan Ermənistan prezidenti Serj Sarksiyanla görüşüblər. Bu barədə məlumatı Ermənistanın dövlət başçısının mətbuat xidməti yayıb. Ermənistan-Fransa deputat qrupunun həmsədri Fransual Roşbluanın təşəbbüsü ilə işğal altındakı ərazilərdə olan deputatlar Dağlıq Qarabağdakı vəziyyətə “mat qaldıqlarını” bildiriblər.

Fransalı deputatlar Serj Sarkisyanla görüşdə Ermənistanda, eləcə də, iğal olunmuş Dağlıq Qarabağdakı vəziyyət, erməni tərəfinin Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması ilə bağlı mövqeyi ilə maraqlanıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan XİN bəyan edib ki, fransalı deputatların Dağlıq Qarabağa səfəri araşdırılır. Nazirliyin rəsmi nümayəndəsi Elxan Poluxov bildirmişdi ki, əgər bu məlumat təsdiqini tapsa, Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının razılığı olmadan səfər edən fransalıların adları “qara siyahı”ya daxil ediləcək. Bununla da həmin deputatların Azərbaycan Respublikası ərazisinə səfərlərinə qadağa qoyulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar