Fransalı aktrisa Mariya Şnayder vəfat edib
04 Fevral 2011 Cümə 06:05
Kino karyerasına 17 yaşında başlayan fransız aktrisa həyatı boyu 20-dən çox filmdə çəkilib
Fransalı məşhur aktrisa Mariya Şnayder 58 yaşında Paris şəhərində vəfat edib. Kino karyerasına 17 yaşında başlayan fransız aktrisa həyatı boyu 20-dən çox filmdə çəkilib. Marlon Brando ilə çəkildiyi “Last Tango in Paris” (Parisdə Son Tanqo) filmi isə Şnayderi bütün dünyada məşhur edib. Bu film bəzi səhnələrinə görə bir çox ölkdə yasaqlandığı üçün aktrisa daha ciddi filmlərdə çəkilməyə qərar verdi.

Onun karyerasındakı ən əhəmiyyətli əsər isə Mikelancelo Antonionin çəkdiyi “The Passenger” (Sərnişin) filmi olub. Mariya Şnayder axırıncı dəfə 2007-ci ildə Qiyom Niklunun çəkdiyi "La Clef-Anahtar" (La Notunun Açarı) və 2008-ci ildə“Cliente” (Müştərilər) filmində çəkilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar