Fransada uşaq pornoqrafiyasına qarşı irimiqyaslı əməliyyat keçirilib
27 May 2009 Çərşənbə 03:05
Əməliyyat zamanı 90 nəfər həbs edilib, 1000-dən artıq videoçarx və 30 min fotoşəkil aşkaralanıb

Fransa polisi internetdə uşaq pornoqrafiyası ilə bağlı materialların yerləşdirilməsinə qarşı irimiqyaslı əməliyyat keçirib. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölkə ərazisində keçirilmiş əməliyyatlar zamanı 90 nəfər həbs edilib.
Saxlanılanları 10 il azadlıqdan məhroumetmə cəzası gözləyir. Əməliyyatın gedişində 1000-dən artıq videoçarx və 30 min fotoşəkil aşkaralanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar