Fransada üç nazir dəyişdirildi
28 Fevral 2011 Bazar Ertəsi 00:31
Sarkozi Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərliyində islahatlar aparıb.
Fransa prezidenti Nikolya Sarkozi prezident seçkilərinə təxminən bir il qalmış hökumətdə bir sıra ciddi dəyişikliklər edib. O, Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlərini dəyişdirib. Fransa prezidenti bu barədə məlumatı televiziya ilə xalqa müraciətində açıqlayıb: “Baş nazir Fransua Yiyonla birliklə bir diplomatiya və təhlükəsizilyə cavabdeh olan nazirlikləri yenidən formalaşdırmaq qərarına gəldik”. Prezidentin sözlərinə görə, xarici işlər naziri vəzifəsinə əvvəllər Müdafiə Nazirliyinə rəhbərlik edən Alen Jüppe təyin edilib. Müdafiə naziri vəzifəsi isə hakim “Xalq hərəkatı üğrunda İttifaq” (UMP) partiyasının Senatdakı qrup rəhbəri Jerar Longeyə həvalə edilib. Yelisey sarayının baş katibi Klod Gean isə bundan sonra Daxili İşlər Nazirliyinə başçılıq edəcək. KİV-in məlumatına görə, daxili işlər naziri işləyən Bris Ortefe Yelisey sarayına müşavir təyin edilib.

Qeyd edək ki, ötən gün Fransanın xarici işlər naziri Mişel Alyo-Mari ictimaiyyət, müxalifət və KİV-in təzyiqləri qarşısında istefaya gedib. Onun ötən ilin dekabrında Tunis tətili və bu ölkənin devrilmiş prezidenti Xina əl-Abidin bin Əli klanı ilə mümkün əlaqələri barədə qalmaqallı təfərrüatlar üzə çıxmışdı. Bunun nəticəsində Fransanın beynəlxalq siyasəti ciddi tənqidlərə məruz qalmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar