Fransada turizm ən gəlirli sahədir
17 Fevral 2013 Bazar 17:16
2012-ci ildə turizm Fransaya 77 milyard avro gəlir gətirib.
Fransada turuzm sektoru ən gəlirli sahə hesab olunur. Avropanı bürüyən maliyyə böhranına baxmayaraq 2012-ci ildə turizm bu ölkəyə 77 milyard avro gəlir gətirib. Fransanın turizm və ticarət naziri Parisdə nəşr olunan “ Les Echos “ qəzetinə müsahibəsində ölkədə qış turizminin inkişaf etdiyini, qış tətilində xizəksürmə həvəskarlarının hesabına büdcəyə daxil olan vəsaitin artdığını bildirib.

Nazir 2013-cü ilin qış tətilində turizmdən gələn gəlirin ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artdığını, yeni turizm marşrutlarının açılması imkanlarının öyrənildiyini bəyan edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar