Fransada narazılıq getdikcə artır
25 Dekabr 2011 Bazar 19:49
İctimaiyyət nümayəndələri ermənipərəst deputatların təzyiqi ilə qəbul edilmiş qanunun Türkiyə ilə əlaqələrə ciddi ziyan vurulacağından narahatdır.
Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın qondarma “ erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qanun ölkədə heç də birmənalı qarşılanmayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, həmin qanun layihəsi hadisələri düzgün qiymətləndirən sağlam düşüncəli insanların və bəzi kütləvi informasiya vasitələrinin ciddi narazılığına səbəb olub.

Milli Assambleya tərəfindən qəbul edilən qanuna münasibət bildirən keçmiş baş nazir Dominik de Vilpən Fransanın heç kimə dərs vermyə haqqı olmadığını qeyd edib, hər hansı qanunun yaddaşlara deyil, tarixə əsaslanaraq qəbul olunmasının vacibliyini vurğulayıb.

Keçmiş ədliyyə naziri Robert Badinter Milli Assambleyanın qərarının Fransa Konstitusiyasına tamamilə zidd olduğunu, qanunun 2012-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul olunduğunu bəyan edib. O bildirib ki, tarix barədə nəsə demək parlamentin işi deyil, xüsusilə də məkanca çox uzaq olan bir ölkədə: “Bir əsr bundan əvvəl baş verən və hələ də tam aydın olmayan hadisə ilə bağlı düzgün olmayan qərarın çıxarılması, 1789-cu ildə insan haqları barədə qanun qəbul etmiş Fransaya heç də başucalığı gətirmir, əksinə dünyada onun nüfuzuna xələl gətirir. “Soyqırımı” məsələsi tarixçilərin öhdəsinə buraxılmalıdır. Yalnız onların araşdırmalarından sonra son ümumi nəticə haqqında fikir söyləmək mümkündür”.

Fransa ictimaiyyətinin nümayəndələri ermənipərəst deputatların təzyiqi ilə Milli Assambleyada qəbul edilmiş qanunun doğuracağı təzahürlərdən, Türkiyə kimi bir ölkə ilə əlaqələrə ciddi ziyan vurulacağından narahatlıqlarını ifadə etməyə başlayıb və bu qanunun Senatda müzakirəyə çıxarılmayacağına ümidvar olduqlarını bildirirlər. Milli Assambleyada qəbul edilmiş qanun barədə ölkənin nüfüzlu mətbuat orqanlarından “ Fiqaro “, “Mond“, “Liberasyon“, “Ekspress“ və digərlərində çoxlu sayda yazılar dərc olunur. “Mond“ qəzetinin 23 dekabr tarixili nömrəsində dərc olunmuş “Yaddaşlar heç nəyə xidmət etmir“ sərlövhəli məqalədə qəbul olunmuş qanunun ancaq erməniləri dəstəkləyən deputatlar tərəfindən qəbul olunduğu, hər hansı qanunun qəbulunda yaddaşlara deyil, tarixə əsaslanmağın vacibliyi vurğulanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar