Fransada iki rahibə monastırdan qaçıb
26 İyul 2010 Bazar Ertəsi 06:10
İyulun 12-də qaçan Mari Daniel və Sen Denidən indiyə qədər xəbər çıxmayıb.
Fransada 2 rahibə pensiyaya çıxarılacaqlarını öyrənərək monastırdan qaçıblar. Onların qaçmasının səbəbi isə 82 və 86 yaşlı iki rahibənin ucqar bir kənddə olan qocalar evinə göndərilməsi barədə verilən qərar olub. İyulun 12-də qaçan Mari Daniel və Sen Denidən indiyə qədər xəbər çıxmayıb.

Hazırda monastırda olan 89 yaşlı rahibə Moris Marinin də qaçmaq istədiyi, keçirdiyi qəza səbəbilə ayağı sındığı üçün digər rahibələrlə birlikdə qaça bilmədiyi məlum olub.

Monastırın işçilərindən biri mətbuata verdiyi açıqlamada rahibələrin 50 ildən çoxdur burda xidmət etdiklərini, pensiyaya çıxarılaraq qocalar evinə göndəriləcəklərini eşidəndə çox əsəbləşdiklərini bildirib.

Regionun baş rahibəsi Kolett Filiber mətbuat vasitəsilə iki rahibəyə səslənərək onların yenidən monastıra geri dönməsini istəyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar