Fransada erməni vətəndaşları həbs edilib
09 Oktyabr 2010 Şənbə 22:20
Onlar saxta sənədlər hazırlamaqda ittiham edilirlər.
Fransanın Şalon şəhərində 3 Ermənistan və 2 Rusiya vətəndaşı həbs edilib. Vesti.az saytının yazdığına görə, həbs olunan əcnəbilər saxta sənəd hazırlamaqda təqsirli bilinirlər. Məhkəmə zamanı saxlanılan ermənilər günahlarını etiraf ediblər.

Onlar bir çox şəxslər üçün saxta sürücülük vəsiqələri, pasportlar və miqrasiya kartları hazırladıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə 2 Ermənistan və 2 Rusiya vətəndaşı şərti olaraq azadlıqdan məhrum edilib. Ermənilərdən birinin isə cinayətdə günahı sübuta yetirilməyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar