Fransada erməni mafioz ifşa edildi
12 Mart 2011 Şənbə 12:36
Həmin şəxsin pul saxtalaşdırmaqla məşğul olduğu bildirilir
Fransada yeddi nəfərdən ibarət mafioz qruplaşma ifşa edilib. ANS PRESS-in Ermənistanın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, Fransanın Nitsa şəhərində saxlanılan qruplaşma üzvləri sırasında bu şəhərin erməni icması yanında xüsusi nüfuzu olan şəxs də var. Fransa polisi erməni cinayətkarın adını hələ ki, açıqlamasa da yaxın günlərdə onun adına aydınlıq gətirəcəyinə dair söz verib.

Polisin məlumatına görə, saxlanılan mafioz qruplaşma 10, 20 və 50-lik avroları saxtalaşdırmaqla məşğul olurmuş. Qruplaşma indiyədək 100 min avrodan artıq saxta pulu dövriyyəyə buraxmağa müvəffəq olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar