Fransada erməni cinayətkar qrupu saxlanılıb
09 İyun 2012 Şənbə 11:28
Onların 300-dən artıq oğurluqda iştirak etdiyi iddia edilir.
Fransada əksəriyyəti erməni və gürcülərdən ibarət olan cinayətkar qruplaşma saxlanılıb. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, fransalı hüquq-mühafizə orqanları "İnterpol"un dəstəyi ilə irimiqyaslı xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 21 nəfər saxlanılıb.
Cinayətkar qruplaşma Fransanın şimalı və Belçikaboyu fəaliyyət göstərib, onlar 300-dən artıq oğurluq həyata keçiriblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar