Fransada benzin qıtlığı: ölkəni kütləvi aksiyalar bürüyub
16 Oktyabr 2010 Şənbə 13:15
Neftayırma zavodlarının fəhlələri tətilə başlayıb.
Fransada 2 neftayırma zavodunun fəhlələrinin pensiya islahatlarına etiraz olaraq tətilə başlamasından sonra 12 neft ayırma zavodunda da etiraz dalğası başlayıb. Fransanın Neft Assosiasiyasının prezidenti Jan Luis Şkilanski vəziyyətin son dərəcə qorxulu olduğunu bəyan edib. Onun sözlərinə görə, tətil davam edərsə, bunun ciddi fəsadları ola bilər. Neft Assosiasiyasının prezidenti bildirib ki, əgər bütün neft ayırma sənayesi dayansa, onda qurum bu sahəni səhmlərlə idarə etməli olacaq:

“Bu zaman isə səhmləri və məhsulu tükədirsən. Neftayırma zavodları bizim səhmlərimiz və qiymətli kağızlarımız olan terminalları və neft anbarlarını təmin edə bilmir. Buradan başlayaraq sistem dayanır. Artıq yanacaqdoldurma məntəqələrini təmin etmək mümkün deyil. Sürücülərin avtomobillərinə doldurmaq üçün yanacaq və dizelləri yoxdur”.

Assosiasiya rəhbəri Fransanın 3 aylıq neft ehtiyatı olan anbarlarının olduğunu bildirib. Fransanın Nəqliyyat Nazirliyi isə yaranmış benzin qıtlığı ilə əlaqədar neft şirkətlərinə öz ehtiyatlarının bir hissəsindən istifadə etməyə icazə verib. Fransanın nəqliyyat naziri Dominik Büssere sürücüləri sakitləşdirərək deyib ki, ölkədə ehtiyat neft anbarları var. Ona görə narahatlığa əsas yoxdur.

Ən pis vəziyyət isə Lionda müşahidə olunur. Belə ki, polis burada etiraz aksiyalarının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Liondakı etiraz mitinqlərində min nəfərə yaxın tələbə iştirak edib. Tələbələr zibil qablarını aşırdıb, avtobus dayanacaqlarını yandırıb və qəzet yığınlarına od vurublar.

Aksiya iştirakçıları Lion Universitetinə girərək dərslərin keçirilməsinə mane olublar və müəllimləri sinifləri tərk etməyə məcbur ediblər. Polis qanun keşikçilərinə daş atan 27 nəfər aksiya iştirakçısını saxlayıb.

Marseldə isə tələbələr küçə boyunca aksiyalar keçirərək ətrafa od vurublar. Tələbələr və fəhlə birlikləri aksiyalarda birlikdə iştirak edir. Fransa Təhsil Nazirliyinin məlumatına görə, aksiyalara 342 ali məktəbdən 306-sı qoşulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar