Fransada bank avadanlıqlarının olduğu hərbi təyyarə qəzaya uğrayıb
10 Noyabr 2012 Şənbə 06:44
Təyyarədə 5 hərbçi, bir bank rəsmisinin olduğu bildirilir
Fransada Əlcəzair Hərbi Hava Donanmasına aid yük təyyarəsi qəzaya uğrayıb. “rbc.ru” saytının yaydığı məlumata görə qəza, “CASA-295” tipli təyyarə Parisdən Əlcəzairə uçarkən Fransanın Avinon şəhəri yaxınlığında meydana gəlib. Qeyd edək ki, Əlcəzair Mərkəzi Bankına aid avadanlıqların olduğu təyyarədə 5 hərbçi, bir bank rəsmisinin olduğu bildirilib. Baş vermiş qəzada ölənlər və xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: