Fransada A qiripinə iki yoluxma halı qeydə alınıb
02 May 2009 Şənbə 01:00
H1N1 virusuna yoluxan kişi və qadın Meksikadan təzəcə qayıdıbmış

Fransada A qripinə (H1N1) qripinə iki yoluxma şalı təsdiqlənib. ANS PRESS xəbər verir ki, məlumatı «Assoşieyted Press» agentliyi yayıb. Fransanın səhiyyə naziri Rozelin Başlo bildirib ki, yeni virusun aşkarlandığı 49 yaşlı kişi və 24 yaşlı qadın Meksikadan bir müddət əvvəl qayıdığlar. Onların hər ikisi hazırda Parisdəki xəstəxanalardan birindədirlər.
Səhiyyə naziri onu da deyib ki, daha bir nəfərin H1N1 virusuna yoluxduğu istisna olunmur. Lakin bu fakt hələlik təsdiqlənməyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar