Fransa yola Ollandla davam edəcək
23 Aprel 2012 Bazar Ertəsi 00:53
Səs itkisinə məruz qalan Sarkozi seçkinin ikincisi olub.
Fransada ölkə prezidentliyinə ilk tur üçün səsvermə yerli vaxtla saat 20.00-də (Bakı vaxtıyla 23.00) başa çatıb. Məlumata görə, birinci turu sosialistlərin namizədi Fransua Olland 28.5 faizlik səslə ilk sırada başa vurub. Qeyri-rəsmi məlumata görə, hazırki prezident Nikolas Sarkozi isə 25 – 27 faiz arasında səs toplaya bilib. Bu nəticəyə görə, Ollandla Sarkozi arasında mayın 6-da seçkinin ikinci turu keçiriləcək.

Qeyd edək ki, “Güclü Fransa” şüarı ilə seçkidə iştirak edən Sarkozi 2007-ci ildə keçirilən prezident seçkisinin ilk turuna nisbətən 5 faizlik səs itkisinə məruz qalıb.

Radikal sağ görüşə sahib Milli Cəbhəçi Marin Le Pen ise xalq dəstəyini əvvəlki illərə nisbətən çoxaldaraq 20 faizlə 3-cü sıraya yerləşib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar