"Air France" şirkətinin nümayəndələri hesab edir ki, Atlantik okeanı üzərindən uçan adıçəkilən şirkətə məxsus təyyarənin yoxa çıxmasına ildırım səbəb olub. ANS-PRESS-in Fransanın "Parisien" nəşrinə istinadən verdiyi xəbərə görə, təyyarənin radarlardan itməsindən bir qədər əvvəl avialaynerin göyərtəsindən Braziliyanın dispetçer xidmətinə məlumat daxil olub.
Məlumatda güclü hava burulğanı nəticəsində təyyarədə qısa qapanmaların olduğu bildirilib. /ANS-PRESS/