Fransa Suriyaya inanmır
14 Sentyabr 2013 Şənbə 13:20
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada Suriyanı üzərinə götürdüyü öhdəliklərə məcbür etmək lazım olduğunu bildirib.
Fransa Suriyanın kimyəvi silahların yayılmasının qadağan edən beynəxalq konvensiyaya üzv olmaq barədə üzərinə götürdüyü öhdəliyini məqbul saymayıb.
ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Flipp Laliot verdiyi açıqlamada Suriyanı üzərinə götürdüyü öhdəliklərə məcbür etmək lazım olduğunu bildirib.
Onun sözlərinə görə, Suriyanı kimyəvi silahların qısa müddətdə beynəlxal nəzarətə verilməsinə məcbur etmək üçüm BMT Təhlükəsizlik Şurasının qərar qəbul etməlidir.
DOSTLARINLA PAYLAŞ: