Fransa siyasətində seks qalmaqalı
23 Fevral 2013 Şənbə 08:01
Onunla yatmadığım üçün mənim namizəd olmağımı istəmir.
Fransanın sabiq ədliyyə naziri Raşida Datinin Paris bələdiyyə sədrliyinə namizədliyi baş tutmayıb. Fransız senat Klod Qosquen Datinin əlcəzairli və müsəlman olmasını irəli sürərək bu vəzifə üçün uyğun olmadığını bildirib. “Sarkozinin kukılası” (Fransanın sabiq prezidenti Nikolas Sarkozi) ləqəbli Raşida Dati isə senatın bu fikrinə kəskin cavab verib.
“Mənim namizəd olmağıma qarşıdır. Çünki onunla yatmamışam” – deyə sabiq nazir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Raşida Dati körpəsini dünyaya gətirərkən ölkə mətbuatı hamiləlik vaxtı onun 8 nəfərlə eşq həyatı yaşadığıını yazmışdı. Dati isə uşağının atasının şəxsiyyəti barədə verilən suallara cavab verə bilməmişdi.
Qeyd edək ki, Fransa siyasəti tez-tez seks qalmaqalları ilə dünya mətbuatının gündəmində olur.
DOSTLARINLA PAYLAŞ: