Fransa Senatının
21 Dekabr 2011 Çərşənbə 15:28
Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bəyan edib.
Fransa Senatında “erməni soyqırımı”nı inkarın kriminallaşdırılması haqqında qanun layihəsinin mümkün qəbulu dövlətlərarası münasibətlərdə problem yaradacaq. Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bəyan edib.
“Nəzərə almaq lazımdır ki, digər ölkələr Fransanın tarixində baş vermiş hadisələrə qiymət verə bilərlər, bu da öz növbəsində ikitərəfli münasibətlərə xələl gətirə bilər”, - deyə B.Muradova dekabrın 22-də Fransa Senatında “erməni soyqırımı”nı inkarın kriminallaşdırılması haqqında qanun layihəsinin qəbulunun mümkünlüyünü şərh edərkən jurnalistlərə bildirib.
Vitse-spikerin fikrincə, tarixi hadisələrə tarixçilər qiymət verməlidirlər, “çünki siyasətçilər tarixi hadisələrin qiymətləndirilməsi zamanı müəyyən maraqlardan çıxış edirlər, bununla əlaqədar olaraq səhvlərə yol verirlər”. “Buna görə də, Fransa parlamentində bu qərarın qəbuluna imkan yaradanlar bunu nəzərə almalıdırlar”, - deyə o qeyd edib.
Milli Məclisin vitse-spikeri vurğulayıb ki, bu qanun layihəsi söz azadlığı və plüralizmə ziddir.
DOSTLARINLA PAYLAŞ: