Fransa Senatından ermənilərə “sillə”
19 May 2010 Çərşənbə 15:15
“Soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qərar Senatın gündəminə salınmayıb.
Fransa parlamentinin hələ 2006-cı ildə qəbul etdiyi qondarma erməni soyqırımını inkar edənlərin cəzaya məhkum edilməsi ilə bağlı qərarın Senatın gündəminə salınmaması bu ölkədəki ermənilərin ciddi narazılığına səbəb olub. Bu məqsədlə erməni diasporasının 300-ə yaxın təmsilçisi Senatın qarşısında etiraz aksiyası keçirib.
Qeyd edək ki, bu qərar Türkiyə ilə Fransa arasındakı əlaqələrin gərginləşməsinə səbəb olmuşdu. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransaya son səfərində Senatın sədri ilə görüşündə bu qərarın olduqca səhv olduğunu və sənədin Senatdan keçməsinin yolverilməz olduğunu bildirmişdi. Buna baxmayaraq, Fransadakı erməni diasporu qondarma erməni soyqırımını inkar edənin cəzaya məhkum edilməsi ilə bağlı qərarın Senatda da təsdiqlənməsini istəyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: