Fransa Senatı sədri: Erməni Soyqırımı haqqında qanunun qəbuluna meyilli deyiləm
14 Yanvar 2012 Şənbə 16:22
Jan-Pyer Beyl Türkiyə-Fransa münasibətlərinin pozulacağından ehtiyatlanır.
Fransa Senatının sədri Jan-Pyer Beyl yanvarın 23-də parlamentdə qondarma “erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasının onun ürəyincə olmadığını bildirib. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Jan Pyer Byel müzakirələrin Türkiyə-Fransa münasibətlərinə mənfi təsir edəcəyindən ehtiyatlanır.

“Mən getdikcə qanun layihəsinin Senatda qəbuluna daha az meyilli oluram”, - deyə Senat sədri jurnalistlərlə söhbətində bildirib. Jan Pyer Beyl Fransa Senatınnın qanun layihəsinin qəbuluna borclu olmadığını da qeyd edib.

Xatırladaq ki, Fransa Sosialist Partiyası da Senatda müzakirələr zamanı qanun layihəsinin əleyhinə səs verəcəklərini bəyan etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar