Fransa Senatı qalmaqallı pensiya islahatlarını təsdiqlədi
23 Oktyabr 2010 Şənbə 00:35
Deputatlar ölkəni bürüyən etiraz aksiyalarını nəzərə almadılar.
Fransa Senatı ümummilli etirazlara baxmayaraq, pensiya yaşının 60-dan 62-yə qaldırılmasını nəzərdə tutan islahatları təsldiqləyib.
Qeyd edək ki, bütün Fransanı əhatə edən etiraz aksiyalarında şəmkarlar ittifaqlarının fəalları, tələbələr, sadə vətəndaşlar iştirak edirlər. Ölkədəki neft emalı zavodları, yanacaq anbarları, şəhərlərarası magistrallar, hava limanları və vağzallara aparan yollar bağlanıb. Fransanın şəhərlərində çoxminli nümayişlər keçirilir. Ən böyük aksiya paytaxt Parisdə olub. Müxtəif dəyərləndirmələrə görə. Bu aksiyalarda 3,5 milyonadək fransalı iştirak edib.
Bununla belə, Fransa prezidenti Nikolya Sarkozi islahatların həyata keçirilməsini və pensiya yaşının 62-yədək artırılmasını özünə borc bilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: