Fransa Senatı ermənipərəstlərə
04 May 2011 Çərşənbə 23:03
Senatorlar erməni lobbisinin planlarına ciddi zərbə vurub
Fransa Senatı ermənilərin 1915-ci ildə Türkiyədə “soyqırımı”na məruz qalması haqda fikirləri inkar edən insanların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini rədd edib. Bu barədə “Today's Zaman” internet nəşri məlumat yayıb.
Qanun layihəsinin rədd edilməsi təklifinə 196 senator lehinə, 74 nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, Fransa parlamenti 2001-ci ildə qondarma “erməni soyqırımı” haqda qətnaməni qəbul edib. Nəticədə bu Türkiyə ilə Fransa arasında uzun müddət münasibətlərin gərginləşməsinə səbəb olub. 2006-cı ildə Fransa Milli Şurası (ölkə parlamentinin aşağı palatası) tərəfindən ermənilərin “soyqırıma” məruz qalması haqda fikirləri inkar edən insanların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Ancaq bu qanun layihəsinin qüvvəyə minməsi üçün o, Senat tərəfindən qəbul olunmalı idi. Bir müddət əvvəl fransalı sosialistlərdən ibarət bir qrup bu qanun layihəsinin Senatın müzakirəsinə çıxarılmasını təklif etmişdi.
DOSTLARINLA PAYLAŞ: