Fransa prezidentinin təyyarəsini ildırım vurdu
16 May 2012 Çərşənbə 00:53
Fransua Ollandın prezident kimi ilk xarici səfərində problem yaranıb.
Təyyarə ilə Berlinə gedən Fransa prezidenti Fransua Olland ildırım düşməsi nəticəsində Parisə qayıtmalı olub. ANS PRESS-in məlumatına görə, xəbəri “Reuters” agentliyi Fransa dövlət başçısının administrasiyasındakı mənbəyə istinadən yayıb.
Fransanın BFM TV və iTELE telekanallarının məlumatına görə, Paris yaxınlığındakı Villakube hava limanına qayıdan Fransua Olland Berlinə başqa təyyarə ilə uçub. İlkin məlumatlarda ildırım vuran təyyarənin ciddi zərər görmədiyi bildirilir.
İnsident uçuşun dördüncü dəqiqəsində baş verib.
Telekanalların məlumatına görə, Fransua Ollandın Almaniyanın kansleri Angela Merkellə görüşü bu gün saat 20.00-da (Bakı vaxtı ilə 23.00) baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: