Fransa prezidenti qaçqınlardan danışdı
26 Oktyabr 2013 Şənbə 11:40
Olland: Qaçqınların Avropaya gəlməsinin qarşısını almaq üçün Livan, İordaniya və Türkiyəyə yardım etmək lazımdır.
Suriyalı qaçqınların Avropaya köç etməsi Fransa prezidenti Fransua Ollandı narahat etməyə başlayıb. ANS PRESS Türkiyə mediayasına istinadla xəbər verir ki, Fransa prezidenti Suriyanın qonşularına yardım edilməsinin zəruri olduğunu bildirib:
“Bu onun üçün vacibdir ki, qaçqınlar düşərgələri tərk edib, Avropaya gəlməyə cəhd etməsinlər. Suriyalı qaçqınların hazırda olduqları düşərgələri tərk edib Avropaya gəlməsinin qarşısını almaq üçün bu ölkəyə qonşu olan Livan, İordaniya və Türkiyəyə yardım etmək lazımdır".
Avropa Birliyinin sammitində iştirak edən Olland qeyd edib ki, Livan, İordaniya və Türkiyəyə daha çox yardım göstərilməlidir:
“Qaçqınların Aralıq dənizindən Avropaya köçünün qarşısnın almaq üçün qonşu olkələrin imkanları daha yaxşı olmalı və suriyalı qaçqınlar daha yaxşı şəraitlə təmin edilməlidir”.
DOSTLARINLA PAYLAŞ: