Fransa prezidenti Liviya qiyamçıları ilə görüşdü
15 May 2011 Bazar 01:19
Rəsmi Paris qiyamçılara siyasi və iqtisadi sahədə güclü dəstək vəd edib
Fransa prezidenti Nikolya Sarkozi Yelisey sarayında Liviyadakı Keçid Milli Şurasının nümayəndəsi Mahmud Cəbrayılla görüşüb. Görüş bağlı qapılar arxasında olub. Heç bir kommünike yayılbayıb, tərəflər görüşün nəticələri ilə bağlı şərh verməyiblər.

“Tərəflər danışıqlar zamanı Cəmahiriyyədəki vəziyyəti və demokratiyaya keçid prosesinin təmin edilməsi məsələsini müzakirə ediblər”, - Yelisey sarayının mətbuat xidmətindən bildirilib.

Bundan başqa, rəsmi Paris Liviya qiyamçılarına siyasi və iqtisadi sahədə güclü dəstək vəd edib.

Xatırladaq ki, Mahmud Cəbrayıl Vaşinqtona səfəri zamanı Liviya müxalifətinin maddi sıxıntılar çəkdiyini etiraf etmişdi. Onun sözlərinə görə, yaxın vaxtlarda qiyamçılara 3 milyard dollar məbləğində vəsait lazımdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar