Fransa parlamenti Liviyadakı əməliyyatların davamına razılıq verdi
13 İyul 2011 Çərşənbə 02:39
Deputatların əksəriyyəti əməliyyatların davam etdirilməsi məqbul sayıb.
Fransa palamenti Liviyadakı hərbi əməliyyatların davam etdiriməsinə “yaşıl işıq” yandırıb. Milli Şuranın ardınca Senat da bu qərar qəbul edib.
Hər iki palatada Fransa kontingentinin Liviyadakı NATO kampaniyasında iştirakının lehinə mütləq əksəriyyət səs verib - müvafiq olaraq 482 və 311 deputat. Qərarın əleyhinə yalnız kommunistlər və “yaşıllar” səs veriblər. Səsvermənin nəticələri sürpriz olmayıb. Fransanın əsas siyasi qüvvələri əvvəlcədən mövqelərini razılaşdırmışdılar. anspress
DOSTLARINLA PAYLAŞ: