Fransa parlamenti eynicinsli nigahları rəsmiləşdirdi
24 Aprel 2013 Çərşənbə 02:18
Ədliyyə naziri Kristin Tubira bunu Fransanın tarixində “tarixi gün” adlandırıb.
Fransa parlamenti eynicinsli nigahların rəsmiləşdirilməsini nəzərdə tutan qanunu qəbul edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qanun layihəsinin qəbul olunmasını 331 deputat dəstəkləyib, 225 deputat isə “əleyhinə” səs verib.

Parlamentdə səsvermə zamanı iştirak edən ədliyyə naziri Kristin Tubira bu günü Fransanın tarixində “tarixi gün” adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar