Fransa ordunu saxlamaqda çətinlik çəkir
28 İyul 2013 Bazar 21:40
Bu ölkənin Müdafiə Nazirliyi ixtisarları nəzərdə tutan yeni qanun layihəsi hazırlayır.
Fransa Müdafiə Nazirliyi yeni qanun layihəsi hazırlayır. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin qanun layihəsi 2019-cu ildə Fransa ordusunun şəxsi heyətinin 34 min nəfər azaldılmasını nəzərdə tutur. Hazırda Fransa ordusunda 280 min hərbçi var.

Yeni qanun layihəsi hökumət tərəfindən avqustun 2-də nəzərdən keçiriləcək.

Maraqlıdır ki, müvafiq qanun Fransanın xaricdəki hərbçilərinə də aid ediləcək. Əgər indi xarici ölkələrdəki kontingent 30 min nəfər təşkil edirsə, 2019-cu ildə 15-20 min olacaq. Bütün bu tədbirlər 6 milyar avroyadək qənaət etməyə imkna verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar