Fransa müxalifəti “soyqırımı” haqqında qanun layihəsini dəstəkləməkdən imtina etdi
14 Yanvar 2012 Şənbə 15:47
CHP sədrinin Sosialist Partiyası başçısına ünvanladığı məktub öz təsirini göstərib.
Fransanın müxalifət partiyalarından olan Sosialist partiyası Senatda qondarma “erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında” qanun layihəsinin əleyhinə səs verəcək. ANS PRESS Anadolu agentliyinə istinadən xəbər verir ki, Senatda Sosialist partiyasını təmsil edən 16 senator qanunvericilik orqanın bu cür işlərə qarışaraq üzərinə böyük məsuliyyət götürməsinə ehtiyac olmadığını hesab edirlər.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu Fransa Sosialist Partiyasının sədri Fransua Hollanda məktub ünvanlayaraq onu adıçəkilən qanun layihəsini dəstəkləməməyə çağırmışdı. CHP sədri qanun layihəsinin qəbulunun Türkiyə-Fransa münasibətlərinə ağır zərbə vuracağını bildirib. Qanun layihəsinin Fransa Senatında müzakirəsi yanvarın 23-nə təyin eilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar