Fransa Milli Şurası eynicinsli nikahları dəstəklədi
13 Fevral 2013 Çərşənbə 10:45
Parlamentin aşağı palatasında qanun səs çoxluğu ilə qəbul olunub.
Fransa parlamentinin aşağı palatası olan Milli Şura eynicinsli nikahları qanuniləşdirən və bu nikaha daxil olanların övladlığa uşaq götürməsinə icazə verən qanun layihəsini təsdiqləyib. Milli Şuranın 577 deputatından 329-u qanun layihəsinin lehinə, 229-u isə əleyhinə səs verib. Səsvermənin nəticələri əvvəlcədən məlum idi, çünki qanun layihəsinin təşəbbüskarı olan solçular Fransa parlamentinin aşağı palatasında çoxluq təşkil edir.
Xatırladaq ki, bir müddət əvvəl eynicinsli nikahların leqallaşdırılması haqqında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə hazırlanmış qanun layihəsini Fransa parlamentinin yuxarı palatası Senat təsdiqləmişdi.
Bu qanuna yalnız sağçılar və katolik kilsəsi qarşı çıxır. Dünən aşağı palatada səsvermənin keçirildiyi vaxt Parisdə eynicinsli nikah əleyhdarları ilə tərəfdarları da kütləvi aksiyalar keçiriblər.
DOSTLARINLA PAYLAŞ: