Fransa Merkezi Afrika Respublikasına qoşun yeritdi
06 Dekabr 2013 Cümə 01:28
Merkezi Afrika Respublikasındakı toqquşmalarda 100-den çox insan dünyasını deyişib.
Mərkəzi Afrika Respublikasında “Seleka” hərbi qruplaşmasının lideri Mişel Cotodiyanın tərəfdarları ilə əvvəlki prezident Fransua Bozizenin silahdaşları arasında yenidən insident baş verib. ANS PRESS-in “newsru.com” saytına istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 100-dən çox insan həyatını itirib.

BBC News yazır ki, Mərkəzi Afrika Respublikasında qarşıdurma mart ayından başlayıb. Həmin vaxt “Seleka” hərbi qruplaşmasının lideri Mişel Cotodiya ölkə prezidentinin sarayını ələ keçirmiş, prezident Fransua Bozize ölkəni tərk edərək Konqo Demokratik Respublikasına getmişdi. Paytaxt Banqi isə Cotodiyanın əlinə keçmişdi.

Fransanın xarici işlər naziri Loran Fabiusun sözlərinə görə, Mərkəzi Afrika Respublikasında qayda-qanun yaratmaq üçün bu ölkəyə 1200 fransız əsgəri göndərilib, artıq onlardan 600-ü hadisə yerinə gəlib.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasının əhalisinin 50 faizi xristianlardan ibarətdir. Özünü prezident elan edən Mişel Cotodiya isə müsəlman hərbi qruplaşmasına rəhbərlik edir. Qeyd edək ki, Cotodiya ölkədən qaçan prezidentin rəhbərliyi zamanı baş nazirin müavini vəzifəsini daşıyırdı.





DOSTLARINLA PAYLAŞ:

oyunlar