Fransa məktəb xaricində də hicabı qadağan edir
04 Mart 2011 Cümə 05:51
Təhsil naziri bunu “obyektivlik” və “dünyəvilik” prinsipi ilə izah edib
Fransanın təhsil naziri Lük Şatel məktəbdən xaric fəaliyyətlərdə şagirdləri müşayiət edən valideynlərin hicab geyinməsinə qarşı çıxıb. Nazir bunu “obyektivlik” və “dünyəvilik” prinsipi ilə izah edib.
Qeyd edək ki, Parisin Pantin rayonundakı məktəblərdən birinin müdiri məktəbdən xaric fəaliyyət vaxtı şagirdləri müşayiət edən valideynlərə hicab geyinməyi qadağan etmiş, valideynlərin məktəbin nəzdində yaratdığı dərnək bu qadağa barədə Təhsil nazirliyinə şikayət etmişdi. Şikayətə cavab verən nazir isə məktəb müdirini dəstəkləmişdi.
Məlumata görə, Fransa məktəblərində müəyyən günlərdə muzey, sərgi, idman və s. kimi məktəbdən xaric fəaliyyətlərdə bəzi valideynlər şagirdləri müşayiət edirlər.
Xatırladaq ki, Fransada 2004-cü ildə qəbul edilən qanuna görə, ibtidai və orta məktəblərdə dini simvol və obyektlərin istifadəsi qadağan olunub.
DOSTLARINLA PAYLAŞ: